Düşbərə
Düşbərə, ölkənin hər yerində məşhur olsa da, əsl Bakı ləzzəti sayılan ənənəvi, bir köftəli şorbadır. Sirkə və sarımsaq sousu ilə hazırlanan bulyonda qaynadılmış xırda ət köftələrindən ibarətdir. Ənənəyə görə, azərbaycanlılar düşbərə köftələrinin hamısını bir xörək qaşığına sığacaq qədər kiçik edə bilməlidirlər! Düşbərənin hazırlanması çoxlu vaxt tələb etsə də, bu yemək qışda adamı isti saxlayır.
Digər bloq yazıları
Qutablar
Qutablar ət, ispanaq, pendir və ya balqabaq kimi fərqli dolğularla doldurulmuş və "sac" adlı dəmir diskdə bişirilən bir növ “pancake”dir. Bakıda və Abşeron bölgəsində qutablar az miqdarda əridilmiş kərə yağı ilə yağlanır, qatıq və narla verilir. Qutablara ayrıca olaraq sumaq da vurula bilər. Onları boru kimi büküb, əl ilə yeyirlər. Azərbaycanlılar tez-tez qutabları ayran - duz və otlarla qarışdırılmış soyuq bir qatıq içkisi ilə verirlər.
Dovğa
Bu klassik Azərbaycan şorbası qatıq, otlar (keşniş, şüyüd və nanə) və düyüdən hazırlanmış bir qarışıqdır. Qışda isti, yayda soyuq, bəzən bir stəkanda, bəzən də bir qabda verilən dovğa, bölgələr arasında fərqlənə bilər və xüsusi mərasimlərdə və şənliklərdə mütəmadi olaraq təklif oluna bilər. Bu yemək vegeterianlar üçün əla seçimdir!
Paxlava
Dadına doyulmaz və ən ləzzətli xəmir xörəyimiz, məşhur paxlava: qoz-fındıq və ya püstə ilə doldurulmuş, bal və ya şərbət ilə örtülmüş xəmir təbəqələri. Ənənəvi olaraq Novruz tətilində "şəkərbura" və "şorqoğal" ilə birlikdə yeyilir, amma, eyni zamanda il boyu da ləzzətlə yeyilə bilər. Paxlava, alovu simvolizə edən bir almaz formasına malikdir və bölgədən bölgəyə fərqlənir. Şirniyyatları ilə məşhur olan iki şəhər - Şəki və Qubada paxlavanın regional dəyişikliklərini sınamağınızı tövsiyə edirik.
Şah plov
Daha çox toylarda və ya xüsusi günlərdə verilən şah plovu ‘plovların kralı’ adlandırırlar və ən çox qovurma - bişmiş ət, qoz-fındıq, quru meyvə və otlar ilə verirlər. Şah plov həm ləzzətli bir yeməkdir, həm də unudulmaz bir daddır. Yağlı lavaş çörəyi örtüyü ilə bir-birinə yapışdırılan plovu kəsdikdən sonra, düyü və digər məhsulların heyrətləndirici ətri sizə qalıcı bir təəssürat bəxş edəcəkdir.