Qutablar

Qutablar ət, ispanaq, pendir və ya balqabaq kimi fərqli dolğularla doldurulmuş və "sac" adlı dəmir diskdə bişirilən bir növ “pancake”dir.  Bakıda və Abşeron bölgəsində qutablar az miqdarda əridilmiş kərə yağı ilə yağlanır, qatıq və narla verilir.  Qutablara ayrıca olaraq sumaq da vurula bilər. Onları boru kimi büküb, əl ilə yeyirlər. Azərbaycanlılar tez-tez qutabları ayran - duz və otlarla qarışdırılmış soyuq bir qatıq içkisi ilə verirlər.

Digər bloq yazıları

Dolma

Dolma, ənənəvi olaraq müxtəlif ət və düyü dolğuları ilə doldurulub, üzüm yarpaqlarından hazırlanmış, otlar və ya qoz-fındıqla zənginləşdirilmiş bir yeməkdir.  Adı Azərbaycan dilində ‘doldurmaq’ mənasını verən ‘dolmaq’ felindən gəlir.  Tərkibi  bölgədən bölgəyə və ilin vaxtından asılı olaraq dəyişir.  Məsələn, yay vaxtı doldurulmuş badımcan və ya pomidor da dolma sayılır.

Kabablar

Soğan, sirkə və nar şirəsi sousuna batırılmış, iri şişə vurulmuş və manqalda qızardılmış quzu parçaları -  bu hələ bir çox Azərbaycan kabab növlərindən yalnız biridir!  Bəziləri quzu və ya mal əti ilə, bəziləri  isə toyuq və ya balıq ilə hazırlanır.  Kartof, badımcan, yaşıl bibər, göbələk və pomidor kimi tərəvəzlər ümumiyyətlə əlavə dad və ləzzət əlavə edir.  "Tikə" və "lülə" kababı ən məşhur iki növdür: "tikə" basdırma edilmiş quzu hissələrindən hazırlanır, "lülə" isə şişə bükülmüş ətdən hazırlanır.

Çörək

Çörəyə qarşı olan dərin hörmətimiz, səmimi və ürəkdəndir: ona and içirik və heç vaxt çölə atmırıq.  Ölkədə müxtəlif çörəklər bişirilir, ən məşhurları "təndir" və "lavaşdır".  "Təndir" yumurta sarısı ilə yağlanaraq gil sobada bişirildiyi halda, "lavaş" gofret kimi incə olur və "sacda" bişirilir.

Düşbərə

Düşbərə, ölkənin hər yerində məşhur olsa da, əsl Bakı ləzzəti sayılan ənənəvi, bir köftəli şorbadır. Sirkə və sarımsaq sousu ilə hazırlanan bulyonda qaynadılmış xırda ət köftələrindən ibarətdir.  Ənənəyə görə, azərbaycanlılar düşbərə köftələrinin hamısını bir xörək qaşığına sığacaq qədər kiçik edə bilməlidirlər!  Düşbərənin hazırlanması çoxlu vaxt tələb etsə də, bu yemək qışda adamı isti saxlayır.