350+ RESTORAN VƏ KAFE
Azərbaycan restoranlarını mymenu.az-da rahat tapa bilərsiniz
Kulinariya macəranızda yeni bir kəşf axtarışındasınız? Azərbaycan mətbəxi iştahaaçan yeməklər ilə zəngindir. Yeməklərin dadı bölgələrə görə dəyişir. Mymenu.az-dan istifadə edərək siz sevdiyiniz məkanı seçə və yeməklərin ləzzətindən həzz ala bilərsiniz.
Yeni restoranlar
Mymenu.az 350+ restoranı təqdim edir. Hamısına Bax
Haqqımızda
Azərbaycan zəngin və qədim mətbəxə sahibdir. Bəzən eyni adlı yeməklərin regiona görə təamı fərqlənir. Bu isə yerli və xarici turistlərin regionlarda fərqli təamların dadına baxmaq istəyini yaradır. Yerli və xarici turistlərin iştirak etdiyi sorğulara əsasən, regionlarda xidmət göstərən ictimai iaşə obyektləri haqqında məlumatların tapılmasında, xarici qonaqların buradakı xidmətlərdən istifadəsində çətinliklər müəyyən edilmişdir. Bu çətinliklərin aradan qaldırılması və turistlərin səfər məmnuniyyətinin artırılması üçün Dövlət Turizm Agentliyi tərəfindən “Mymenu.az” layihəsi həyata keçirilir.
“Mymenu.az” onlayn platformasında iaşə obyektləri və xidmətləri haqqında məlumatlar 2 fərqli dildə təqdim olunur. Platforma turistlərə düzgün məlumatların verilməsi ilə yanaşı, restoran və digər iaşə obyektlərinin xidmət keyfiyyətlərinin artırılması üzərində də çalışır.
Məqsəd
Dövlət Turizm Agentliyi tərəfindən həyata keçirilən “Mymenu.az” layihəsinin məqsədi regionlarda yerləşən ictimai iaşə obyektlərinin xidmət keyfiyyətini artırmaq, iaşə obyektlərinin standartlara uyğunlaşdırmaq, restoran işinin təşkilini və müştəri xidmətlərinin düzgün qurulmasını təmin etmək və iaşə obyektlərini standartlara uyğun menyularla təchiz etməkdir.
Layihənin istiqamətləri
“Mymenu.az”-ın fəaliyyət istiqamətləri:
1. Turizm sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərində menyuların standartlara uyğunlaşdırılması;
2. Menyuların Azərbaycan, Rus və İngilis dillərində təmin edilməsi;
3. İctimai iaşə obyektlərində “QR” kod texnologiyası vasitəsilə menyuların onlayn əlçatanlığının təmin edilməsi;
4. İctimai iaşə obyektlərində ikili menyu hallarının aradan qaldırılması;
5. İctimai iaşə obyektlərinin xidmət keyfiyyətinin artırılması üçün ekspert dəstəyinin göstərilməsi;
6. Xidmət keyfiyyətinin artırılması üçün təlimlərin keçirilməsi;
7. Yerli və xarici turistlərə regionlardakı restoranlar və iaşə obyektləri haqqında məlumatların çatdırılması;
8. İaşə obyektlərin yerlərinin rahat tapılmasının təmin edilməsi;
9. Azərbaycan mətbəxi haqqında fərqli məqalələrin paylaşılması və digər istiqamətlər.
Restoran sahibləri üçün məlumat
Azərbaycanda fəaliyyət göstərən istənilən ictimai iaşə obyektləri (restoran, kofeşop və çay evləri, bar və pub, əyləncə mərkəzləri və klublar, hamam-spa, idman-oyun mərkəzləri və digərləri) layihə çərçivəsində “Mymenu.az” platformasının üzvü ola bilər.
Layihəyə üzvlük:
Layihədə iştirak etmək istəyən ictimai iaşə obyektlərinin sahibləri və ya menecerləri “Mymenu.az” platformasında şəxsi kabinet yaradaraq üzv ola bilərlər. Platformada qeydiyyatdan keçərək sahibkarlar/menecerlər onlara məxsus restoran, kafe, kofeşop və s. haqqında platformada dərc etmək istədikləri müxtəlif dizaynlı menyular hazırlaya və məlumatlar əlavə edə bilərlər. Qeydiyyat sahibkarların/menecerlərin telefon nömrəsi ilə həyata keçirilir.
Layihədə iştirakın üstünlükləri:
• Restoranınızın yerli və xarici turistlərə tanıdılması və təşviq edilməsi;
• Müasir üslubda hazırlanmış hazır menyu şablonlarından birbaşa və ödənişsiz istifadə;
• İstədiyiniz zaman menyuların dəyişdirilməsi və hazır şablonlardan istifadə;
• Menyularınızın “QR” kod texnologiyası ilə tanıdılması.