19 aprel 2021
Düşbərə
Düşbərə, ölkənin hər yerində məşhur olsa da, əsl Bakı ləzzəti sayılan ənənəvi, bir köftəli şorbadır. Sirkə və sarımsaq sousu ilə hazırlanan bulyonda qaynadılmış xırda ət köftələrindən ibarətdir. Ənənəyə görə, azərbaycanlılar düşbərə köftələrinin hamısını bir xörək qaşığına sığacaq qədər kiçik edə bilməlidirlər! Düşbərənin hazırlanması çoxlu vaxt tələb etsə də, bu yemək qışda adamı isti saxlayır.
Şah plov
Daha çox toylarda və ya xüsusi günlərdə verilən şah plovu ‘plovların kralı’ adlandırırlar və ən çox qovurma - bişmiş ət, qoz-fındıq, quru meyvə və otlar ilə verirlər. Şah plov həm ləzzətli bir yeməkdir, həm də unudulmaz bir daddır. Yağlı lavaş çörəyi örtüyü ilə bir-birinə yapışdırılan plovu kəsdikdən sonra, düyü və digər məhsulların heyrətləndirici ətri sizə qalıcı bir təəssürat bəxş edəcəkdir.
Piti
Şəkinin məşhur bu yeməyi, şəhərin işçi sinfi üçün, doyumlu olan quzu əti yeməyi kimi hazırlanmağa başlamışdır. İndi ölkə daxilində də məşhurdur, amma, buna baxmayaraq, ən orijinal piti qabı üçün mütləq Şəkiyə getməlisiniz. Noxud, şabalıd, zəfəran və yerli ədviyyatlar, yeməyə ləzzətlər qatır, lakin əsas element pitinin bişirildiyi və verildiyi saxsı qablarda olur. Üstəlik, bu, əslində bir qabda iki yeməkdir: əvvəlcə bulyonu ayrı bir qaba töküb şorba kimi həzz alırsınız, sonra qalan hissəni əsas yemək kimi yeyirsiniz!
Çörək
Çörəyə qarşı olan dərin hörmətimiz, səmimi və ürəkdəndir: ona and içirik və heç vaxt çölə atmırıq. Ölkədə müxtəlif çörəklər bişirilir, ən məşhurları "təndir" və "lavaşdır". "Təndir" yumurta sarısı ilə yağlanaraq gil sobada bişirildiyi halda, "lavaş" gofret kimi incə olur və "sacda" bişirilir.