Dolma

Dolma, ənənəvi olaraq müxtəlif ət və düyü dolğuları ilə doldurulub, üzüm yarpaqlarından hazırlanmış, otlar və ya qoz-fındıqla zənginləşdirilmiş bir yeməkdir.  Adı Azərbaycan dilində ‘doldurmaq’ mənasını verən ‘dolmaq’ felindən gəlir.  Tərkibi  bölgədən bölgəyə və ilin vaxtından asılı olaraq dəyişir.  Məsələn, yay vaxtı doldurulmuş badımcan və ya pomidor da dolma sayılır.

Digər bloq yazıları

Dovğa

Bu klassik Azərbaycan şorbası qatıq, otlar (keşniş, şüyüd və nanə) və düyüdən hazırlanmış bir qarışıqdır.  Qışda isti, yayda soyuq, bəzən bir stəkanda, bəzən də bir qabda verilən dovğa, bölgələr arasında fərqlənə bilər və xüsusi mərasimlərdə və şənliklərdə mütəmadi olaraq təklif oluna bilər.  Bu yemək vegeterianlar üçün əla seçimdir!

Şəkərbura

Şəkərbura

Şəkərbura qarşısıalınmaz dərəcədə olan şirin bir xəmir yeməyidir.  Xüsusi balaca maşa istifadə edərək zərif xarici naxışlarla yarım aya bənzər formada işlənir. İçərisi üyüdülmüş badam, fındıq, qoz və şəkərlə doludur. Ən dadlı şəkərbura o qədər yumşaq olmalıdır ki, ağızda dərhal ərisin! Şəkərbura da “paxlava” kimi, çox sevilən, Novruz bayramının simvolik şirniyyatlarından biridir. Bu müddətdə ailə və dostlar onları birlikdə bişirmək üçün güclərini birləşdirirlər.


Arzuman küftəsi

Bu tamamilə bənzərsiz küftə yeməyi Naxçıvandan gəlir və ən təcrübəli səyyahları belə təəccübləndirəcək böyük ölçüsünə görə belə adlandırılmışdır: bu, Azərbaycan mətbəxindəki bütün küftə yeməklərindən ən böyüyü, ən ağır olanıdır və yalnız bir nəfər üçün çox böyükdür. Yemək qaynadılmış yumurta ilə doldurulmuş tam toyuqdan hazırlanır və nəhəng topa bükülmüş, xırdalanmış mal əti və yağlı qoyun ətinin qarışığı  ilə örtülür və qaynadılmış kartof ilə bişirilib, verilir.

Ləvəngi

Ləvəngi

Məşhurluq baxımından ləvəngi Lənkəranın digər tanınmış yeməklərinin ən başında gəlir.  Üzüm, soğan və göyərti ilə birlikdə möhtəşəm bir qoz pastası ilə doldurulmuş ya toyuq, ya da balıq ilə hazırlanır.  Xəzər dənizinin yaxınlığını nəzərə alaraq, balıq ləvəngisi, Xəzər kütümü ilə edildikdə xüsusilə seçilir.  Daha da ləzzətli olması üçün ləvəngi ənənəvi təndir sobasında isti kömürlərin üstündə folqa ilə bişirilməlidir.